Məsciduləqsa; Fələstin müqavimət qruplarının qırmızı xətti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335203-məsciduləqsa_fələstin_müqavimət_qruplarının_qırmızı_xətti
Fələstin müqavimət qrupları Məsciduləqsaya təcavüzün davam etməsi barədə sionist işğalçılara xəbərdarlıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2019 17:19 Asia/Baku
  • Məsciduləqsa; Fələstin müqavimət qruplarının qırmızı xətti

Fələstin müqavimət qrupları Məsciduləqsaya təcavüzün davam etməsi barədə sionist işğalçılara xəbərdarlıq ediblər.

Fələstinli qruplar bir bəyanatda vurğulayıblar ki, Məsciduləqsa müqavimət qruplarının qırmızı xəttidir. Bu qruplar sonra vurğulayıblar ki, sionist hərbçilərin Məsciduləqsaya qarşı ardıcıl təcavüzünə heç vaxt laqeyd olmayacaqlar və Qüdsü işğal etmiş rejim vəhşicəsinə cinayətləri qarşısında cavabdeh olmalıdır.

Müqavimət qrupları fələstinlilərdən istəyiblər ki, Məsciduləqsa başda olmaqla islami müqəddəsləri qorumaq məqsədilə bu müqəddəs məkanda iştirak edərək, Babulrəhmədə geniş aksiya keçirsinlər.

Fələstinli qruplar bu bəyanatda vurğulayıblar: Bütün bu təcavüzlər utandırıcı ərəb və islami sükutla və bəzi ərəb ölkələri başçılarının sionist rejimlə əlaqələri adiləşdirmək üçün bir-biriləri ilə aşkar rəqabət aparmaları ilə həyata keçir.

Son zamanlar sionist rejim Məsciduləqsa-nın darvazalarından olan Babulrəhməni fələstinli namazqılanların üzünə bağladı ki, bu təcavüzün ardınca bu məscidin durumu qarışdı.

Belə bir halda, Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Hənyə bir bəyanatda işğal olunmuş ərazilərdə, qərb sahilində və Qüdsdəki fələstinlilərdən istəyibdir ki, Məsciduləqsanı qorumaq üçün sabah bu məscidə dorğru hərəkət edərək, geniş aksiya keçirsinlər.

Digər tərəfdən, Fələstindəki informasiya mənbələri bildiriblər ki, sionist hərbçilərin bugünkü basqınında və Qüdsdəki Əlxəlil məktəbinin şagirdlərinə qarşı gözyaşardıcı qaz işlətməsi nəticəsində otuz fələstinli məktəbli boğuntu halına düşübdür ki, onlardan birinin vəziyyəti ağır elan olunubdur.