2019-cu ilin fevralında 8 fələstinli şəhid olub
Fələstin Azadlıq Təşkilatının Araşdırmalar və Sənədləşdirmə Mərkəzi bildirib ki, ötən fevralda sionist hərbçilərin atəşləri nəticəsində dördü uşaq olmaqla səkkiz fələstinli şəhid edilib.
Fələstinli şəhidlərin altısı fevral ayında Qəzzə zolağında, ikisi isə İordan çayının qərb sahilində şəhid edilib.
810 nəfər də sionist rejim ordusunun hücumları və atəşaçmalarında yaralanıbdır.
Həmçinin sionist rejim ordusunun hərbçiləri ötən ayda işğal olunmuş ərazilərin müxtəlif məntəqələrində azı 500 fələstinlini həbs edib və fələstinlilərə aid olan 43 mənzil və təsisatı da dağıdıblar.
Digər bir xəbərə görə, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas BMT-nin İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsinin sionist rejimə qarşı hesabatını alqışlayaraq, deyib ki, Beynəlxalq Haaqa Məhkəməsi sionist rejimin hərbi cinayətləri barədə təhqiqat və araşdırma üçün təcili addımlar atmalıdır.
Birləşmiş Millətlər Təşkilatı dünən bir hesabatda bildirib ki, sionist rejim fələstinlilərin Qəzzə zolağında keçirilən “Böyük Qayıdış” yürüşü ilə mübarizədə bəşəriyyətə zidd cinayətlər törədibdir.