Netanyahunun yeni cəfəngiyyatı
-
Netanyahunun yeni cəfəngiyyatı
Sionist rejimin baş naziri twitter-də ABŞ-ın Cənubi Karolina ştatının respublikaçı senatoru Lindsi Qraham ilə yanaşı Suriyanın işğal olunmuş Qolan yüksəkliklərindən baxış keçirməsinə toxunaraq, iddia edib ki, bu məntəqə həmişəlik olaraq işğal olunmuş Fələstinin bir hissəsi olacaqdır.
Lindsi Qraham dünən Benyamin Netanyahu ilə yanaşı Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə getmişdi.
Benyamin Netanyahu bundan öncə də vurğulamışdı ki, bu rejim heç vaxt Suriyanın işğal olunmuş Qolan yüksəkliklərindən geri çəkilməyəcəkdir.
Netanyahunun Suriyanın Qolan yüksəklikləri barədəki cəfəngiyyatları elə bir halda söylənir ki, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi fevralın 28-də vurğuladı ki, Təhlükəsizlik Şurasının nöqteyi-nəzərincə, bu məntəqə Suriyaya aiddir.
ABŞ konqresi son zamanlar bir layihə hazırlayıbdır ki, qəbul olunacağı halda, sionist rejimin Qolan yüksəkliklərinə hakimiyyətini tanımış olacaqdır.
Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərindəki Suriya ərazisindən təqribən 1200 kvadrat kilometri qəsb etdi və bir müddət sonra bu məntəqəni işğal olunmuş ərazilərə qatdı.