Sionist hərbçilər "Rimon" məhbəsində fələstinli əsirlərlə toqquşublar
Mart 19, 2019 10:13 Asia/Baku
Fələstinli Əsirlər Klubu dünən gecə bildirib ki, sionist hərbçilərin "Rimon" məhbəsinə qarşı basqını nəticəsində bu məhbəsdəki durum gərgin və çaxnaşmalı olubdur.
"Rimon" məhbəsinin başçıları fələstinli əsirlərdən doxsan nəfəri bu məhbəsin 7-ci bölməsindən, içərisində parazit istehsal edən aparatın quraşdırıldığı birinci bölməyə köçürüblər.
Sionist hərbçilər birinci bölmənin bəzi otaqlarını yandırıblar.
Fələstinli əsirlər də "Rimon" məhbəsi müdiriyyətinin onlarla fələstinli əsirin zindanın bu bölməsinə köçürülməsi qərarına etiraz ediblər. Onlar öz şəxsi vəsaitlərini köçürməkdən çəkinərək, bildiriblər ki, etirazlar davam edəcəkdir.
Sionist rejim məhbəslərində 7 minə yaxın fələstinli əsir saxlanır. Onların arasında 1800 xəstə mövcuddur.