Sənada Ərəbistanın casusluq pilotsuzu vurulub
-
Sənada Ərəbistanın casusluq pilotsuzu vurulub
Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə Səna şəhərinin üzərində səud rejiminin bir casusluq pilotsuzunu vurublar.
Yəmənli mənbələr bildiriblər ki, «MQ-1 Predator» tipli bu pilotsuz uçan aparat Amerika məhsulu olubdur.
Yəmən ordusu və xalq komitələri səud koalisiyasının Yəmənə qarşı savaşının başlanmasından bəri Ərəbistanın və müttəfiqlərinin onlarla pilotsuz uçan aparatını vurublar.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.
Ərəbistan ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.