Mart 26, 2019 10:09 Asia/Baku
  • Sionist rejim Qəzzədə atəşkəsi pozub
    Sionist rejim Qəzzədə atəşkəsi pozub

Sionist rejim qırıcıları bu gün səhər tezdən atəşkəs razılaşmasını pozaraq, Qəzzənin mərkəzini hədəfə alıblar.

Sionist rejimin Qəzzənin mərkəzində yerləşən Dəyrulbələhə qarşı yeni hava hücumu Misirin vasitəçiliyi ilə atəşkəsin elan olunmasından təkcə bir saat sonra baş verib.

Həmas hərəkatının sözçüsü Fuzi Bərhum dünən gecə bildirmişdi ki, Misirin vasitəçiliyi ilə sionist rejimlə fəlsətinli müqavimət qrupları arasında atəşkəs əldə olunub.

Misirin vasitəçiliyi sionist rejim qırıcılarının dünən axşamçağı Qəzzə zolağının şimalında yerləşən və Həmas-ın hərbi qolu olan Qəssam batalayonlarına aid Əsqəlan və Bədr bazalarını hədəfə almalarından sonra həyata keçirilibdir.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas dünən gecə bir bəyanatda vurğuladı ki, Fələstin müqaviməti sionist rejimin Qəzzə zolağına qarşı hücumları qarşısında bu zolağın əhalisini müdafiə etməyə hazırdır.

Həmas bildirdi ki, Fələstin müqaviməti işğalçı sionist rejimin cinayətlərini cavabsız qoymayacaqdır.

Teqlər