S.H.Nəsrullah: Trampın Qolana qarşı hərəkəti İslam Dünyasına hörmətsizlikdir
Livan Hizbullahının baş katibi ABŞ prezidentinin Qolanı sionist rejimin hakimiyyəti altında olan bir ərazi kimi tanımasını İslam Dünyası və dünya ölkələrinə qarşı hörmətsizlik adlandırıb.
Seyid Həsən Nəsrullah dünən Amerika prezidenti Donald Trampın işğal olunmuş Qolana qarşı ədavətli hərəkəti barədə deyib ki, Amerikanın bu hərəkəti Qərbi Asiya bölgəsindəki sülh prosesinə dəhşətli bir zərbə endirdi.
Nəsrullah əlavə edib: Ərəb başçılarının Tunisdə keçiriləcək qarşıdakı iclasının iştirakçıları ərəb sülh layihəsini geri götürərək, sıfır nöqtəsinə qayıtmalıdırlar.
Livan Hizbullahının baş katibi həmçinin ABŞ dövlət katibinin bu ölkəyə səfərinə toxunaraq, deyib: Amerikanın dövlət katibi Mayk Pompeo Livan səfərində bu ölkə gerçəkliklərinə uyğun gələn heç bir sədaqətli çıxış etmədi və yalnız İrana və Hizbullaha qarşı boş yalanlar söylədi.
Nəsrullah Hizbullahın ötən 34 ildə Livan xalqını müdafiə etdiyini bildirərək, əlavə edib: Amerika sionist rejimin işğalçılığını təsbit etmək və Livan xalqını xətərə salmaq istəyir.
Livan Hizbullahının baş katibi vurğulayıb: İran Livanın sabitliyi və çiçəklənməsi yolunda Hizbullahın kənarında durub.
Nəsrullah səud koalisiyasının Yəmənə qarşı təcavüzünün başlanmasının ildönümü gününə toxunaraq, deyib ki, Yəmən xalqının bu münasibətlə bu ölkənin müxtəlif şəhərlərindəki aksiyaları onun təcavüzkarlarla mübarizədəki müqaviməti, iradəsi və əzmkarlığını göstərir.