Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar
Sionist rejim qırıcıları bu gün səhər tezdən Qəzzə zolağını raket hücumları hədəfinə çeviriblər.
Sionist rejim qırıcıları Fələstin müqavimət qüvvələrinin Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki mövqelərini bombalayıblar.
Bu hücumun ardınca Qəzzədə bir neçə partlayış səsi eşidilib. Hələ bu hücumun törətdiyi tələfat və xəsarət barədə bir məlumat yayılmayıbdır.
Fələstin müqaviməti də bu hücumlara cavab olaraq, sionist sakinli qəsəbələrə raketlər yağdırıblar.
Bəzi mənbələr bildiriblər ki, Fələstin müqaviməti indiyədək işğal olunmuş ərazilərə onlarla raket atıbdır.
Qəzzə zolağının kənarında yerləşən sionist sakinli qəsəbələrdə təhlükə siqnalları səsləndirilib.
Sionist rejim bazar ertəsi günü gecə də Qəzzə zolağını raket hücumları hədəfinə çevirmişdi. Bu hücumlar bi neçə saat davam etmişdi. Nəhayət, Misirin vasitəçiliyi ilə sionist rejimlə Fələstin müqaviməti arasında atəşkəs bərqərar olundu.