Sionist rejimin Qəzzəyə hücumlarında yüzlərlə mənzil dağılıb
Fələstin umumi peşələr və mənzil naziri bildirib ki, işğalçı sionist rejim qırıcılarının Qəzzə zolağına qarşı son hücumları nəticəsində 530 yaşayış binasına tam və ya cüzi formada xəsarətlər dəyibdir.
Fələstin umumi peşələr və mənzil naziri Mufid Əlhəsayinə deyib: Bu hücumlar nəticəsində Qəzzədə otuz yaşayış binası tam şəkildə dağılıb və 500 yaşayış binası da cüzi xəsarət alıbdır.
Qəzzədə dövlət mediası ofisi bildirib: İşğalçı sionist rejim qırıcıları cari həftənin bazar ertəsi və çərşənbə axşamı günləri Qəzzə zolağının müxtəlif məntəqələrini əllidən dəfədən çox hədəfə alıblar ki, bu da onlarla fələstinlinin yaralanması ilə nəticələnibdir.
Digər bir xəbərə görə, fələstinli gənclər Ramullah vilayətinin Əlbirə şəhərinin şimalında yerləşən Beyt İl yoxlama-buraxılış məntəqəsində baş verən toqquşma zamanı sionist rejimin bir hərbi avtomobilini odlayıblar.
Şahidlərin sözlərinə görə, işğalçı sionist hərbçilər bu məkanda fələstinli gənclərə qarşı güllə və gözyaşardıcı qazdan istifadə ediblər.
Son günlər sionist hərbçilərin fələstinli məntəqələrə qarşı hücumları şiddətlənibdir.