Mart 28, 2019 12:35 Asia/Baku
  • Yəməndə savaş
    Yəməndə savaş

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Əsir vilayətində yerləşən Məcazə məntəqəsində həyata keçirdikləri əməliyyatda Səudiyyə muzdlularının nəzarəti altında olan 3 məntəqəni ələ keçirməyi bacarıblar. Bu əməliyyatda bir qrup muzdlu öldürülüb və yaralanıb.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Yəmənin Əl-Məsirə informasiya kanalı bu barədə məlumat yayıb. Məlumata görə, yəmənli qüvvələr Səudiyyə muzdlularının Əsir vilayətindəki Ələb keçidinə doğru irəliləyişini dayandırmağı bacarıblar. Bu əməliyyatda bir qrup muzdlu öldürülüb.

Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələrinin mühəndislik bölməsi Ərəbistanın cənubunda, Südəys məntəqəsində Səudiyyə muzdlularını daşıyan avtomobili partladıblar. Nəticədə bir qrup muzdlu ölüb və yaralanıb.

Ərəbistanın Cizan məntəqəsində yəmənli qüvvələr Səudiyyə ordusunun Qeys dağına doğru irəliləməsinə də mane olaraq, bir qrup hərbçini öldürüb və yaralayıblar.

Bu arada Yəmən ordusu və xalq qüvvələrinin artilleriya hücumu nəticəsində Əl-Bəyza vilayətində yerləşən Hazimiyə məntəqəsində 5 terrorçu ölüb.

Ərəbistan ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martından Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkə ilə birlikdə Yəmənə qarşı geniş hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda on minlərlə insan ölüb, milyonlarla nəfər didərginə düşüb. Artıq 4 ildir ki, davam edən müharibə və ölkənin tam mühasirə şəraitində saxlanılması Yəməni humanitar faciəyə sürükləyib.

Teqlər