Hələbdə partlayış; ölən və yaralananlar var
-
Hələbdə partlayış; ölən və yaralananlar var
Suriyanın Hələb şəhərində terrorçulardan qalma bir minanın partlaması nəticəsində 9 qadın həlak olub, 3 nəfər də yaralanıb.
İRİB-nin bildirdiyinə görə, bu partlayış çərşənbə günü Hələbin şimal ətrafında yerləşən Təlcəbin məntəqəsində baş verib.
Terrorçular Hələb şəhəri və Suriyanın digər ərazilərini işğal etdikləri zaman yaşayış binaları, yollar, ictimai məkanlar, avtomobillər, motosikletlər və həttta, uşaq oyuncaqlarına belə partlayıcı qurğular yerləşdiriblər. Bu da terrorçuların ixtiyarında külli miqdarda partlayıcının olduğuna dəlalət edir.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların Suriyaya hücum etməsi ilə başlandı.
Suriya ordusu İran və Rusiyanın dəstiyi ilə İŞİD terrorizmi üzərində qələbə çalmağı bacardı.