UNICEF qayıdış yürüşlərində fələstinli uşaqların şəhadəti barədə məlumat yayıb
-
UNICEF qayıdış yürüşlərində fələstinli uşaqların şəhadəti barədə məlumat yayıb
BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF), dünən bildirib ki, Qəzzə zolağı ilə işğal olunmuş Fələstin arasında "Qayıdış haqqı" yürüşünün keçirildiyi on ik ay ərzində azı qırx fələstinli uşaq şəhid olub.
YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika üzrə şöbə müdiri Giirt Kapalare deyib: Üç min uşaq da "Qayıdış haqqı" yürüşündə sionist qüvvələrin atəşləri ilə yaralanıbdır ki, bir çox hallarda fələstinli uşaqlar bədən üzvlərini itiriblər.
Kapalare əlavə edib: YUNİSEF bu yürüşdə ölən və yaralanan fələstinli uşaqların yüksək sayına görə, təəssüflənərək, bu barədəki hiddəti və nigarançılığını sionist rejim başçılarına elan edibdir.
Dinc mahiyyətli Qayıdış haqqı yürüşləri 2018-ci il martın 30-dan "yer günü" münasibətilə başlayaraq, Qəzzə zolağında keçirilməkdədir.
30 martdan bu günədək bu aksiyalarda 270-dən çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək, şəhid olub və azı 27 min fələstinli də yaralanıbdır.