Suriya ABŞ-ın Sepah-a qarşı addımını qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338528-suriya_abŞ_ın_sepah_a_qarşı_addımını_qınadı
Suriya Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini tənqid etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2019 06:52 Asia/Baku
  • Suriya ABŞ-ın Sepah-a qarşı addımını qınadı
    Suriya ABŞ-ın Sepah-a qarşı addımını qınadı

Suriya Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini tənqid etdi.

İRİB-nin bildirdiyinə görə, Suriyanın Xarici İşlər Nazirliyi Vaşinqtonun bu addımını İran İslam Respublikasının hakimiyyət haqqının aşkar formada pozulması adlandırdı və bildirdi: ABŞ hökumətinin son məsuliyyətsiz hərəkəti bu ölkənin İrana savaş elan etməsi mənasındadır və sadəcə sionist rejimin maraqlarına xidmət edir. 

Suriyanın Xarici İşlər Nazirliyi həmçinin bildirdi: ABŞ-ın bu hərəkəti İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İran İslam Respublikasının milli hakimiyyətini, müstəqilliyini, dəmir iradəsini və müqavimət cəbhəsindəki təsirli rolunu etiraf etməklə yanaşı, Sepah üçün bir şərəf medalı sayılır.