Feysəl Miqdad: Terrorçuların minaları mülki əhali üçün təhdiddir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338530-feysəl_miqdad_terrorçuların_minaları_mülki_əhali_üçün_təhdiddir
Suriya xarici işlər nazirinin müavini Dəməşqdə Norveçin yardım heyətinin baş katibi Henrit Vistrin ilə görüşdə ötən illərdə terrorçular tərəfindən Suriyada quraşdırılan minaların mülki əhali üçün böyük təhdid olduğunu dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2019 06:53 Asia/Baku
  • Feysəl Miqdad: Terrorçuların minaları mülki əhali üçün təhdiddir
    Feysəl Miqdad: Terrorçuların minaları mülki əhali üçün təhdiddir

Suriya xarici işlər nazirinin müavini Dəməşqdə Norveçin yardım heyətinin baş katibi Henrit Vistrin ilə görüşdə ötən illərdə terrorçular tərəfindən Suriyada quraşdırılan minaların mülki əhali üçün böyük təhdid olduğunu dedi.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Feysəl Miqdad bu görüşdə dedi: Suriya hökuməti terrorçuların quraşdırdığı minaların zərərsizləşdirilməsi istiqamətində bir çox işlər görüb. O cümlədən əhalinin məlumatlandırılması, mina ilə rastlaşdıqda nə etmək lazım gəldiyi, partlayıcı maddələr və ya şübhəli əşyalar ilə qarşılaşdıqda atılması gərəkən addımlar barədə bir çox işlər görülüb. 

Norveçin yardım heyətinin baş katibi də bu görüşdə minaların zərərsizləşdirilməsində ölkəsinin Suriyaya kömək etməyə hazır olduğunu dedi. 

Terrorçular SUriyanın müxtəlif məntəqələrinə nəzarəti ələ keçirdikləri zaman yaşayış binaları, ictimai məkanlar, avtomobillər, motosikletlər, ev əşyaları və hətta, uşaq oyuncaqlarını partlayıcıya çevirməklə özlərindən sonra mülki əhali üçün böyük təhlükəi qoyublar.