Trampın Colanla bağlı qərarına etiraz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338610-trampın_colanla_bağlı_qərarına_etiraz
ABŞ prezidentinin işğal altında olan Colan yüksəkliklərini İsrail ərazisi kimi tamınmasına etiraz olaraq Suriyanın Qüneytərə vilayətində, Colan yüksəkliklərində yerləşən Cəba şəhərində aksiya keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2019 05:46 Asia/Baku
  • Trampın Colanla bağlı qərarına etiraz
    Trampın Colanla bağlı qərarına etiraz

ABŞ prezidentinin işğal altında olan Colan yüksəkliklərini İsrail ərazisi kimi tamınmasına etiraz olaraq Suriyanın Qüneytərə vilayətində, Colan yüksəkliklərində yerləşən Cəba şəhərində aksiya keçirilib.

SANA informasiya agentliyinin bildirdiyinə görə, suriyalılar ABŞ prezidenti Donald Trampın Colan yüksəkliklərini İsrail ərazisi kimi tanımasına etiraz olaraq Suriyanın Qüneytərə vilayətində, Colan yüksəkliklərində yerləşən Cəba şəhərində aksiya keçiriblər. 

Qüneytərə vilayətinin dövlət orqanları və yerli dairələri Cəba şəhərində keçirilən etiraz aksiyasında Donald Trampın Colan yüksəkliklərinə dair qərarına etiraz ediblər. 

Aksiya iştirakçıları ABŞ prezidentinin son qərarını BMT-nin nizamnaməsinin və beynəlxalq qanunların aşkar formada pozulması, ölkələrin daxili məsələlərinə və hakimiyyət haqqına aşkar müdaxilə adlandırıblar. 

Aksiya iştirakçıları bu etiraz aksiyasında Trampın bu qeyri-adi qərarı ilə bağlı öz müxalifətlərini elan edərək, bunu ABŞ hökumətinin xarici siyasətdəki həyasızlığı kimi dəyərləndiriblər.