Üç min suriyalı didərgin amerikan qüvvələrin mühasirəsindən çıxıb
-
Üç min suriyalı didərgin amerikan qüvvələrin mühasirəsindən çıxıb
Suriya mediaları bildiriblər ki, 2019-cu il fevralın 19-dan bəri 3662 suriyalı didərgin Əlrəkban düşərgəsindən çıxaraq, Suriya hökumətinin nəzarəti altında olan məntəqələrə daxil ola bilibdir.
Əlrəkban düşərgəsi amerikalıların işğalı altında olan əl-Tənf hərbi bazasının yaxınlığında yerləşir. Bu düşərgənin ətrafındakı məntəqələr də terror qruplarının işğalı altındadır.
Amerikalılar və terror qrupları son aylar Suriya hökuməti tərəfindən Əlrəkban düşərgəsinə humanitar yardımların göndərilməsini, həmçinin suriyalı didərginlərin bu düşərgədən çıxmalarını əngəlləyirlər.
Son həftələrdə Əlrəkban düşərgəsində vəziyyətin ağırlaşması, dərman və ərzaqın olmaması, həmçinin bəzi yaşlı xəstələrin olmasına görə, amerikalı qüvvələr bəzi suriyalı didərginlərə çıxış icazəsi verməyə məcbur olublar.
BMT-nin Ümumdünya Ərzaq Proqramının sözçüsü Herve Verhoosel son zamanlar bildiribdir ki, Əlrəkban düşərgəsindəki suriyalı didərginlər acınacaqlı şəraitdə yaşayırlar.