Fələstin sionist rejim məhkəməsinin rəyinə reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338980-fələstin_sionist_rejim_məhkəməsinin_rəyinə_reaksiya_verib
Fələstin Xarici İşlər Nazirliyi sionist rejim məhkəməsinin işğal olunmuş Qüdsün "Səlvan" qəsəbəsində fələstinlilərin onlarla mənzilinin dağıdılması haqdakı rəyini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2019 08:49 Asia/Baku
  • Fələstin sionist rejim məhkəməsinin rəyinə reaksiya verib
    Fələstin sionist rejim məhkəməsinin rəyinə reaksiya verib

Fələstin Xarici İşlər Nazirliyi sionist rejim məhkəməsinin işğal olunmuş Qüdsün "Səlvan" qəsəbəsində fələstinlilərin onlarla mənzilinin dağıdılması haqdakı rəyini pisləyib.

Fələstin Xarici İşlər Nazirliyi bildirib: Sionist işğalçılar Səlvanda fələstinli mənzillərinin dağıdılması və onların fələstinli sakinlərinin didərgin salınmaları qarşısında dünya ictimaiyyətinin susmasından bəhrələnirlər.

Fələstin Xarici İşlər Nazirliyi Amerikanın Qüdsü, işğalçı rejimin paytaxtı kimi tanımaq və öz səfirliyini bu şəhərə köçürmək üzrə nəhs hərəkətinin Qüdsün və Məsciduləqsanın ətrafının yəhudiləşdirilməsi əməliyyatının şiddətlənməsinə zəmin yaratdığını bildirib.

Dünya ictimaiyyətinin və İslam Dünyasının Qüdsün yəhudiləşdirilməsi məsələsi ilə mübarizə üçün təcili addımlar atmalarını istəyən Fələstin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından da istəyibdir ki, Fələstin məsələsi ilə bağlı yerdə qalan etibarını qoruyaraq, Qüds ilə bağlı 1967-ci ildən bəri qəbul edilmiş beynəlxalq qətnamələrin icrası istiqamətində lazımi ölçülər götürsün.