Yəmən səmasında təcavüzkarların bir casusluq təyyarəsi vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339164-yəmən_səmasında_təcavüzkarların_bir_casusluq_təyyarəsi_vurulub
Yəmənin hava hücumundan müdafiə qüvvələri Səədə məntəqəsinin səmasında təcavüzkar səudiyyə və əmirliklərin bir ədəd casusluq təyyarəsini vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2019 10:05 Asia/Baku
  • Yəmən səmasında təcavüzkarların bir casusluq təyyarəsi vurulub
    Yəmən səmasında təcavüzkarların bir casusluq təyyarəsi vurulub

Yəmənin hava hücumundan müdafiə qüvvələri Səədə məntəqəsinin səmasında təcavüzkar səudiyyə və əmirliklərin bir ədəd casusluq təyyarəsini vurublar.

Hərbi mənbələr bildiriblər ki, bu casusluq təyyarəsi təcavüzkar fəaliyyətlər zamanı hədəfə alınıbdır.

Yəmənin hava hücumundan müdafiə qüvvələri fevral ayında da bu məntəqədə bir ədəd casusluq təyyarəsini vurmuşdular.

Həmçinin Yəmənin ordu və xalq qüvvələri İbb və Zalə əyalətləri arasında Mənsur Hadi qüvvələrinin bir neçə bazasını ələ keçiriblər.

Yəmən cəbhələrindən bir neçəsinə bir növ durğunluq hakim kəsilib və təcavüzkar səud koalisiyasının qüvvələri bir sıra cəbhələrdən geri çəkilməkdədirlər.