Suriya ordusu Həmanın ətrafında bir neçə kəndi azad etdi
May 07, 2019 13:34 Asia/Baku
-
Suriya ordusu Həmanın ətrafında bir neçə kəndi azad etdi
Suriya ordusu ağır artilleriya və hava qüvvələrinin dəstəyi ilə Həmanın şimal-qərbində bir neçə kəndi azad etdi.
Əl-Aləm kanalının bildirdiyinə görə, Suriya ordusu Həmanın şimal və şimal-qərbində yerləşən Əl-Banə və Təl Osman kəndlərini azad edib və Kəfərnəbudə məntəqəsinə doğru irəliləməyə başlayıb.
Suriya qırıcıları da terrorçuların Lətamənə, Kəfərzita, Qələ Məziq və Həviz məntəqələrindəki sığınacaqlarını məhv ediblər.