Suriya ordusu Həmah-ın şimal-qərbində 6 kəndi geri alıb
May 08, 2019 10:54 Asia/Baku
-
Suriya ordusu Həmah-ın şimal-qərbində 6 kəndi geri alıb
Suriya ordusunun bölmələri dünən Həmah-ın şimal-qərbində terrorçuların hərəkət etdikləri mehvərə və onların yayıldıqları məntəqələrə qarşı ağır əməliyyat keçiriblər.
Suriya qüvvələri terrorçuların təcavüzlərinə cavabın davamında Həmah-ın şimal-qərb ətrafında onların hərəkətlərinə və gizləndikləri məkanlara qarşı artilleriya zərbələri endiriblər.
Bu zərbələr bir qrup terrorçunun ölməsi və yaralanması, həmçinin onlara aid sursatlar və gizli məkanların məhvinə səbəb olubdur.
Digər tərəfdən, "Suriya insan haqları qrupu" adlandırılan qrupun başçısı Rami Əbdurrəhman deyib ki, bu toqquşmada iki tərəfdən 26 nəfər öldürülübdür.