Əl-Kövsər kanalının müxbiri Suriyada yaralandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340208-Əl_kövsər_kanalının_müxbiri_suriyada_yaralandı
İran İslam Respublikası Teleradio Təşkilatının Əl-Kövsər telekanalının müxbiri Səhib Əl-Misri cümə günü Suriya ordusunun Həma vilayətindəki hərbi əməliyyatlarından reportaj hazırlayarkən, güllə yarası alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2019 06:37 Asia/Baku
  • Əl-Kövsər kanalının müxbiri Suriyada yaralandı
    Əl-Kövsər kanalının müxbiri Suriyada yaralandı

İran İslam Respublikası Teleradio Təşkilatının Əl-Kövsər telekanalının müxbiri Səhib Əl-Misri cümə günü Suriya ordusunun Həma vilayətindəki hərbi əməliyyatlarından reportaj hazırlayarkən, güllə yarası alıb.

İRİB-nin bildirdiyinə görə, Səhib Əl-Misri baş və sinə nahiyəsindən ağır yaralanıb. 

Səhib Əl-Misri bundan öncə Suriyanın İfrin şəhərində gedən döyüşlərdə yaralanmışdı. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Qərb ölkələri, Ərəbistan və sionist rejimin himayəsində olan terrorçuların ölkəyə geniş hücumu ilə başlandı. 

Bu müddət ərzində Suriyada onlarla jurnalist o cümlədən İran medialarının jurnalistləri ölüb və ya yaralanıb. 

Suriya ordusu son zamanlar İran və Rusiyanın dəstəyi ilə İŞİD terror qruplaşması üzərində yekun qələbə əldə etməyi bacarıb. 

Digər terrorçu qruplar da məğlub olmaq ərəfəsindədirlər.