58-ci Qayıdış Haqqı yürüşündə bir şəhid və 30 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340209-58_ci_qayıdış_haqqı_yürüşündə_bir_şəhid_və_30_yaralı
Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam 58-ci qayıdış haqqı yürüşündə bir fələstinlinin şəhid olması, 30 nəfərin də yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2019 06:41 Asia/Baku
  • 58-ci Qayıdış Haqqı yürüşündə bir şəhid və 30 yaralı
    58-ci Qayıdış Haqqı yürüşündə bir şəhid və 30 yaralı

Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam 58-ci qayıdış haqqı yürüşündə bir fələstinlinin şəhid olması, 30 nəfərin də yaralanmasından xəbər verib.

Əl-Aləm kanalının bildirdiyinə görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: Yaralılar arasında 4 uşaq və 1 xilasedici də var. 

Qayıdış Haqqı yürüşü 58-ci cüməsində "Trampın Əsrin Anlaşması planı qarşısında birlikdə dayanacağıq" adı altında keçirilib. 

İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına qarşı zorakılıqlarında gözyaşardıcı və zəhərli qazlardan istifadə etməklə yanaşı, döyüş güllələrindən də istifadə ediblər. 

Qayıdış Haqqı yürüşləri 30 mart 2018-ci il trixindən Qəzzə zolağı ilə işğal edilmiş Fələstiin ərazilərinin sərhəd məntəqəsində keçirilir. 

Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, indiyə kimi bu yürüşlərdə 304 fələstinli şəhid olub, minlərlə nəfər də xəsarət alıb. 

İran İslam Respublikası başda olmaqla bəzi ölkələr habelə, beynəlxalq təşkilatlar sionist rejimin fələstinlilərə qarşı bu zorakılığını qınayır. 

Fələstinlilər "Torpaq Günü"ndə sionist rejimin 30 mart 1976-cı ildə fələstinlilərin ərazilərini müsadirə etmək üzrə qərarına etiraz edirlər. 

İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə etmək və sionist qəsəbələr inşa etməklə Fələstin ərazilərində əhalinin tərkibini yəhudilərin xeyrinə dəyişmək, Fələstini yəhudiləşdirmək istəyir.