Ərəbistanın hücumlarında 9 yəmənli həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340225-Ərəbistanın_hücumlarında_9_yəmənli_həlak_olub
Səudiyyə hərbçiləri və muzdlularının Yəməndə yaşayış məntəqələrinə olan artilleriya və raket hücumlarında 9 yəmənli həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2019 17:00 Asia/Baku
  • Ərəbistanın hücumlarında 9 yəmənli həlak olub
    Ərəbistanın hücumlarında 9 yəmənli həlak olub

Səudiyyə hərbçiləri və muzdlularının Yəməndə yaşayış məntəqələrinə olan artilleriya və raket hücumlarında 9 yəmənli həlak olub.

İRNA-nın məlumatına görə, Yəmənin Əl-Məsirə informasiya kanalı bildirib: Ərəbistan ordusu və muzdluları Əl-Hüdəydə vilayətinin Əl-Hali məntəqəsində yaşayış məntəqəsini ağır artilleriya və raketlərlə hədəfə alıblar. Nəticədə bir uşaq ölüb, bir nəfər də yaralanıb. 

Əl-Məsirə həmçinin bildirib: Daleh vilayətində yerləşən Qətəbə şəhərinin yaşayış ərazisinə edilən raket və artileriya hücumunda da bir qrup yəmənli ölüb və yaralanıb. 

Yerli mənbələrin bildirdiklərinə görə, bu hücumda 2 ev tamamilə dağıdılıb. Nəticədə evdə olan 8  yəmənli həyatını itirib, bir qrup insan da yaralanıb. Yaralılar arasında qadınlar və uşaqlar da var. 

Ötən gün də Səudiyyə muzdluları Əl-Hüdəydə vilayətinin Əd-Dərihi şəhərinin ətrafında yaşayış məntəqəsini 19 top mərmisi ilə hədəfə alıblar. 

Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri 2015-ci ildə bir neçə ərəb ölkəsinin də iştirak etdiyi bir koalisiya yaradaraq, ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı geniş hücumlara başladılar. İstefada olan fərari prezident Əbdürrəbbə Mənsur Hadinin hakimiyyətə qaytarılması bəhanəsi ilə başlayan müharibədə Yəmənin bütün infrastrukturları məhv edilib, on minlərlə insan öldürülüb, milyonlarla insan didərgin düşüb. 

Səudiyyə koalisiyası və müttəfiqləri Yəməndə insanları qırğın etməsi və ölkəni xarabalığa çevirməsinə rəğmən öz məqsədlərinə çata bilməyiblər.