Yəmənlilər ərəbistanın cənubuna üç raket atıblar
May 12, 2019 07:08 Asia/Baku
-
Yəmənlilər ərəbistanın cənubuna üç raket atıblar
Yəmənin ordusu və xalq komitələri dünən gecə "Zəlzal-1" tipindən olan üç ədəd yerli ballistik raketlə səud hərbçilərinin ərəbistanın cənubunda yerləşən mövqelərini hədəfə alıblar.
Yəmənli mənbələr bildiriblər ki, bu ölkənin ordusu və xalq komitələrinin raket bölməsi səud hərbçilərinin Nəcran və Cizanda yerləşən mövqelərini hədəfə alıbdır.
Bu məlumata görə, həmin hücumda səudlar ağır tələfata və xəsarətə uğrayıblar.
Bu raket hücumu səudların dünən Yəmənin cənubundakı əl-Zalə əyalətindəki cinayətinə cavab olaraq həyata keçirilibdir.
Səud koalisiyasının qırıcıları şənbə günü axşam əl-Zalə əyalətində yerləşən Qətəbəh məntəqəsini bombalayıblar. Nəticədə altı uşaq və qadın ölüb, 17 mülki də yaralanıbdır.