Əfqanıstanın mühacirlər naziri İran xalqına təşəkkür edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340255-Əfqanıstanın_mühacirlər_naziri_İran_xalqına_təşəkkür_edib
Əfqanıstanın mühacirlər naziri Hoseyn Aləmi Bəlxi twitter-də əfqan mühacirlərə dəstək verdiyinə görə, İran xalqına təşəkkür edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2019 07:09 Asia/Baku
  • Əfqanıstanın mühacirlər naziri İran xalqına təşəkkür edib
    Əfqanıstanın mühacirlər naziri İran xalqına təşəkkür edib

Əfqanıstanın mühacirlər naziri Hoseyn Aləmi Bəlxi twitter-də əfqan mühacirlərə dəstək verdiyinə görə, İran xalqına təşəkkür edib.

Hoseyn Aləmi Bəlxi Əfqanıstan-İran əlaqələrinin uzun keçmişinə işarə edərək, iki dövlət və iki xalqın bütün sahələrdəki əlaqələrini səmimi və inkişafda olan əlaqələr adlandırıb.

Əfqanıstanın mühacirlər naziri həmçinin bir müsahibədə bildirib ki, İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Eraqçinin İranda əfqan mühacirlər məsələsi barədəki izahatlarını qəbu edib və Kabilin nöqteyi-nəzərincə, bu barədə heç bir nigarançılıq yoxdur.

İraqçı şənbə günü əfqan mühacirlər barədəki son sözləri ilə bağlı edilmiş qeyri-düzgün qənaət haqda belə deyib: Heç vaxt əfqan mühacirlərin İrandan çıxarılmaları və geri qaytarılmalarından söz getməyib və getmir; amma Əfqanıstandakı bir çox məsələ və problemin səbəbkarı olan qərblilər öz məsuliyyətlərini yerinə yetirməlidirlər.

Hazırda İranda qanunsuz və qanuni şəkildə təqribən üç milyon əfqan mühacir yaşayır.

Onların hamısı heç bir ayrı-seçkilik olmadan İran İslam Respublikasının təhsil, müalicə və səhiyyə xidmətlərindən yararlanır.