Netanyahu sionist rejimin nazirlər kabinetini təşkil etməkdə aciz qalıb
-
Netanyahu sionist rejimin nazirlər kabinetini təşkil etməkdə aciz qalıb
Sionist rejimin baş naziri nazirlər kabinetini təşkil etməkdə aciz qaldıqdan sonra bu kabinetin yaradılması zamanının uzadılmasını istəyib.
Nazirlər kabinetinin yaradılması üçün təyin edilmiş müddətin başa çatmasına və baş nazirin müxtəlif partiyalarla müzakirələrinin nəticəsiz qalmasına əsasən, Benyamin Netanyahu sionist rejimin başçısından nazirlər kabinetinin təşkili zamanının uzadılmasını istəyib.
Netanyahunun kabinetin təşkili üzrə ilk fürsəti cari həftənin çərşənbə günü başa çatır.
Sionist rejim parlamenti-knessetə 21-ci seçkilər aprelin doqquzunda keçirildi və Benyamin Netanyahu son on ildə dördüncü dəfə dalbadal kabinetin təşkili barədə göstəriş aldı.
Netanyahu son seçkilərdə cəmi 65 yer əldə etmiş digər sağçı partialarla koalisiya yaradaraq, yeni nazirlər kabinetini təşkil etməlidir.