Ərəbistanın kəşfiyyat PUA-sı Sənada vuruldu
May 15, 2019 06:11 Asia/Baku
-
kəşfiyyat PUA-sı Sənada vuruldu
Yəmən ordusu və xalq qüvvələrinin hava hücumundan müdafiə qüvvələri çərşənbə axşamı Ərəbistanın bir ədəd casusluq pilotsuz uçan aparatını (PUA) paytaxt Sənanın cənubunda vuraraq, yerə salıb.
İRİB-nin bildirdiyinə görə, Yəmən mənbələri bildiriblər ki, bu PUA ABŞ istehsalı olan MQ-1 Predator növünə aiddir.
Yəmən ordusu və xalq qüvvələri Səudiyyə rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə hərbi təcavüzünün başlandığı zamandan bəri onlarla düşmən PUA-sını məhv ediblər.
Yəmən xalqı və ordusunun müdafiə qüdrəti ölkənin mühasirədə saxlanılmasına rəmğmən hər gün daha da artır.