Azyaşlı fələstinli qız ailəsindən uzaqda həyatını itirdi
-
Azyaşlı fələstinli qız ailəsindən uzaqda həyatını itirdi
5 yaşlı fələstinli qız Aişə Lulu beynində şiş diaqnozu ilə müalicə olunmaq üçün aparıldığı İordaniya çayının qərb sahilindəki xəstəxanada, ailəsindən uzaqda, həyatını itirdi.
Fələstinin Səhiyyə Nazirliyi verdiyi açıqlamada bildirdi: Ailə Lulunun ağrı və acıları habelə, müalicə olunduğu müddət ərzində ailəsinin onun kənarında olmasına icazənin verilməməsi sionist rejimin zülmünün habelə, Fələstin xalqının ağrı və acılarının göstəricisidir.
Bu bəyanatda deyilir: Beynindəki şişi götürmək üçün Qüds xəstəxanalarından birində cərrahiyyə əməliyyatına daxil olmazdan öncə xeyli ağlayaraq, anasını istəyib.
İşğalçı sion ist rejim Aişənin anasına Qəzzədən çıxmaq və Qüds şəhərinə səfər etmək icazəsi verməyib. Aişə cərrahiyyə əməliyyatı zamanı tək olub və sadəcə İordan çayının qərb sahilində yaşayan bir fələstinli qadın könüllü olaraq onun yanında qalıb.