Netanyahunun qərarına qarşı geniş hiddət
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340797-netanyahunun_qərarına_qarşı_geniş_hiddət
Qolan sakinləri olan Suriya vətəndaşları vurğulayıblar ki, Netanyahunun bu məntəqədə Trampın adına qəsəbənin salınmasına dair qərarı heç vaxt həyata keçməyəcək və onlar ixtiyarlarında olan bütün vasitələrlə bu qərar qarşısında dayanacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2019 07:28 Asia/Baku
  • Netanyahunun qərarına qarşı geniş hiddət
    Netanyahunun qərarına qarşı geniş hiddət

Qolan sakinləri olan Suriya vətəndaşları vurğulayıblar ki, Netanyahunun bu məntəqədə Trampın adına qəsəbənin salınmasına dair qərarı heç vaxt həyata keçməyəcək və onlar ixtiyarlarında olan bütün vasitələrlə bu qərar qarşısında dayanacaqlar.

Əlaləm telekanalının müxbiri bir reportajda deyib: Hiddətli əhalinin sionist rejimin baş nazirinin Suriyanın Qolan yüksəkliklərində Trampın adına qəsəbənin yaradılması barədəki qərarına qarşı reaksiyaları artmaqdadır. Netanyahunun bu qərarı Suriyanın Qolan məntəqəsində xalq və rəsmi səviyyələrdə geniş müxalifətlərlə üzləşibdir. Belə ki, Qolan əhalisi söz veribdir ki, ixtiyarında olan bütün vasitələrlə Netanyahunun bu planı qarşısında dayanacaqdır.

Həsən Fəxrəddin, suriyalı siyasi fəal:

Elə zənn edirlər, bu qəsəbəni əl-Qələ kəndinin xarabalıqları üzərində sala biləcəklər ki, 1976-cı ildə bu məntəqədən didərgin düşərək, Dəməşqin ətrafına getmiş şəxslər bir daha geri dönsünlər. 

Bəli, bu şəxslərin öz mənzilləri və torpaqlarına qayıtmaq haqları var, amma Tramp və Netanyahunun heç vaxt haqları yoxdur ki, bu qəsəbəni salsınlar, zira bu cür qəsəbələr bizim, Qolan əhalisi üçün qəbulediləsi deyildir.

Qolan əhalisi vurğulayır ki, Netanyahunun bu planı qanunsuzdur və təcavüz sayılır, həmçinin BMT nizamnaməsi və beynəlxalq qətnamələrlə daban-dabana ziddir. Qolan əhalisi həmçinin beynəlxalq təşkilatlardan və hüquq müəssisələrindən istəyibdir, işğalçı sionist rejimə təzyiq göstərsinlər ki, özünün Suriyanın Qolan məntəqəsindəki bu qəsəbəsalma planını dayandırmış olsun. Belə bir halda, sionist rejim özünün təcavüzlərində Qolan əhalisini didərgin salıb və onların öz evləri və diyarlarından mühacirət etmələrinə bais olubdur.

Fuaz Zuhrə, suriyalı siyasi fəal:

Deyilənlərə görə, Trampın adına salınacaq bu qəsəbə heç bir legitimliyə malik deyildir. Bu kimi adqoymaların bizimlə heç bir əlaqəsi yoxdur. Bu diyar işğal olunmuş bir diyardır. Biz yalnız Suriyanın bu diyara hakimiyyətini rəsmən tanıyırıq. Bu qəsəbə və Trampın müstəmləkəsi bizim üçün qanunsuzdur və bizimlə heç bir əlaqəsi yoxdur.

Qolan əhalisi işğalçı sionist rejimin bu məntəqəni yəhudiləşdirmək üzrə bütün fitnələri ilə mübarizəyə hazırdır. Qolan əhalisi vurğulayır ki, Qolan ərəb və Suriya torpağıdır və ərəb və Suriya torpağı kimi də qalacaqdır.