Həzrət Zeynəb(s.ə.) hərəmində ikinci qədr gecəsi mərasimi keçirilib
-
Həzrət Zeynəb(s.ə.) hərəmində ikinci qədr gecəsi mərasimi keçirilib
Müxtəlif ölkələrdə paklıq Əhli-Beyti(ə) vurğunları Həzrət Əli(ə)-ın şəhadəti gecəsində matəm mərasimi keçirərək, özlərinin o həzrətə olan məhəbbət və hörmətlərini göstəriblər. Həzrət Zeynəb(s.ə)-ın Dəməşqin ətrafında yerləşən pak hərəmi özünəməxsus şövqə malik idi.
Həzrət Zeynəb(s.ə)-ın Dəməşqin ətrafında yerləşən pak hərəmində feyzlə dolu ikinci qədr gecəsinin əhya mərasimi.
Yeddi il bundan öncədən, yəni Suriyada savaşın başlandığı zamandan bəri biz belə bir təhlükəsizlik görməmişdik.
Müxtəlif ölkələrdən olan zəvvarların iştirakı bu mərasimə xas bir əhval-ruhiyyə bəxş etdi.
Bu mərasim haqq müqaviməti mehvərinin qələbəsinin elan olunmasıdır.
Mömin insanlar gəldilər ki, möminlər ağasının şəhadəti gecəsində "Ləbbeyk, ya Əli!" desinlər.
Livandan gəlmişik ki, fəzilətli ikinci qədr gecəsini Həzrət Zeynəbi-Kübra(s.ə)-ın ziyarətgahının kənarında əhya edək. İŞİD-ə deyirik ki, onlardan güclüyük.
Gecə oyaqqalanlar bu mərasimdə Quranı başları üzərində tutdular və Allah-Taala ilə razu-niyaz etdilər. Və bütün dünyada müsəlmanların başıucalığı və qələbəsi üçün dua etdilər.
Bu gün şəhidlərin qanlarının bərəkətinə Həzrət Zeynəb(s.ə.) hərəminin minlərlə könüllü müdafiəçisi var. Təhdidlər aradan qaldırılıb və bu əzəmətli mərasimi görürsünüz.
Bu mərasimdə mömin insanlar möminlər ağasının matəmində əzadarlıq edirlər.
Həzrət Zeynəbi-Kübra(s.ə)-nın pak hərəmində qədr gecələri əhyası mərasiminin əzəmətlə keçirilməsi hərəm müdafiəçilərinin vəhhabi təkfirçilər üzərindəki qələbəsi sübhünün elan olunmasıdır Həmin təkfirçilər bu hərəmdən bir əsər-əlamətin qalmasını istəmirdilər, amma bu gün yaşayacaq məsələ Əhli-Beyt(ə)-ın xatirəsi və adıdır. Və onlar, yəni təkfirçilər tarixin zibilliyinə tullanıblar.