Şeyx İsa Qasim: Əsrin sazişi, Fələstin məsələsinə qarşı məkirli plandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341417-Şeyx_İsa_qasim_Əsrin_sazişi_fələstin_məsələsinə_qarşı_məkirli_plandır
Məşhur bəhreynli ruhani Şeyx İsa Qasim deyib: " Əsrin sazişi" adlandırılan layihənin təqdimində məqsəd Amerika, sionist rejim və bəzi ərəb hökmranlarının Fələstin məsələsinə qarşı müştərək məkirli planıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2019 07:31 Asia/Baku
  • Şeyx İsa Qasim: Əsrin sazişi, Fələstin məsələsinə qarşı məkirli plandır
    Şeyx İsa Qasim: Əsrin sazişi, Fələstin məsələsinə qarşı məkirli plandır

Məşhur bəhreynli ruhani Şeyx İsa Qasim deyib: " Əsrin sazişi" adlandırılan layihənin təqdimində məqsəd Amerika, sionist rejim və bəzi ərəb hökmranlarının Fələstin məsələsinə qarşı müştərək məkirli planıdır.

Şeyx İsa Qasim deyib: Əsrin sazişi adlandırılan plan Tramp və Netanyahu tərəfindən ortaya atılıb və bəzi ərəb hökumətləri onunla əməkdaşlıq edir, Fələstin xalqının hüquqlarının tapdalanmasını qarşıya məqsəd qoyan bu planın icra məsuliyyətini öz üzərlərinə götürüblər. 

Bəhreynli tanınmış ruhani deyib: Əsrin sazişi, onunla əməkdaşlıq edən və onu dəstəkləyən hər bir kəsə rüsvayçılıq gətirən cinayətdir. 

Şeyx İsa Qasim deyib: Bu plan Fələstin amalını hədəfə alan növbəti məkirli plandır halbuki, heç bir hökumət şəri və qanuni baxımdan fələstinlilərin dilindən danışmaq səlahiyyətinə malik deyil.