Sionist rejimin PUA-sı Suriya səmasında məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341418-sionist_rejimin_pua_sı_suriya_səmasında_məhv_edilib
Suriya qaynaqları bu ölkənin Qonəytərə bölgəsi səmasında bir ədəd sionist rejimə məxsus Pilotsuz Uçan Aparatın məhv eidldiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2019 07:41 Asia/Baku
  • Sionist rejimin PUA-sı Suriya səmasında məhv edilib
    Sionist rejimin PUA-sı Suriya səmasında məhv edilib

Suriya qaynaqları bu ölkənin Qonəytərə bölgəsi səmasında bir ədəd sionist rejimə məxsus Pilotsuz Uçan Aparatın məhv eidldiyini bildiriblər.

Sionist rejimin Suriyanın Qonəytərə bölgəsində Suriya ordusunun mövqelərinə qarşı raket hücumu xəbərinini elan olunmasından sonra Suriya ordusu həmin ərazilərdə sionist rejimin bir ədəd PUA-sının məhv edildiyini bildirib. 

Eyni zamanda sionist rejim ordusu bu rejimə məxsus bir ədəd PUA-nın Suriya ordusunun havadan müdafiə bölməsi tərəfindən məhv edildiyini təsdiqləyərək bildirib ki, bu hadisədən sonra Suriya ordusunun Qonəytərə bölgəsindəki mövqeləri raket hücumunun hədəfinə çevrilib.

Suriya qaynaqları öncə bildirmişdilər ki, sionist düşmənin Qonəytərənin Təl Əşşüar bölgəsində Suriya ordusunun mövqelərinə qarşı dünən gecəki raket hücumları  bir hərbçinin şəhid olması bir neçə nəfərin yaralanması ilə nəticələnib.