Sionistlərin Qərb Sahilinə hücumu zamanı 21 fələstinli həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341475-sionistlərin_qərb_sahilinə_hücumu_zamanı_21_fələstinli_həbs_olunub
Sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilinə hücum edərək, onlarla fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2019 17:06 Asia/Baku
  • Sionistlərin Qərb Sahilinə hücumu zamanı 21 fələstinli həbs olunub
    Sionistlərin Qərb Sahilinə hücumu zamanı 21 fələstinli həbs olunub

Sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilinə hücum edərək, onlarla fələstinlini həbs ediblər.

Fars xəbər agentliyinin bildirdiyinə görə, sionist rejim hərbçiləri fələstinlilərə qarşı zorakılıqlarının davamında Qüds, Nablos, Əl-Xəlil, Cənin, Tulkərm və Selfit şəhərlərində 21 fələstinlini həbs ediblər.

Son statistik məlumatlara görə, İsrail zindanlarındakı fələstinli əsirlərin sayı 5700 nəfərə çatıb. Fələstinli əsirlər arasında 250 uşaq və 47 qadın da var.