Ərəbistana silah satdığı üçün Alman şirkətinə etiraz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341480-Ərəbistana_silah_satdığı_üçün_alman_şirkətinə_etiraz
Almanlar Yəmən müharibəsində sivil əhaliyə qarşı istifadə etməsi üçün Ərəbistana silah satan "Rayn Metal" şirkətinə etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2019 07:43 Asia/Baku
  • Ərəbistana silah satdığı üçün Alman şirkətinə etiraz
    Ərəbistana silah satdığı üçün Alman şirkətinə etiraz

Almanlar Yəmən müharibəsində sivil əhaliyə qarşı istifadə etməsi üçün Ərəbistana silah satan "Rayn Metal" şirkətinə etiraz ediblər.

Müharibə ilə müxalif olanlar, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri kimi müharibə şəraitində olan ölkələrə silah satılmasına qarşı çıxanlar "Rayn Metal" şirkətinin pay sahiblərinin ümumi iclasının keçirilməsinə etiraz olaraq Berlində Ərəbistan səfirliyinin və iclasın keçirildiyi Maritim otelinin önündə piket keçiriblər. 

Aksiya iştirakçıları Ərəbistan və BƏƏ başda olmaqla təcavüzkar ölkələrə silah satışının durdurulmasını istəyiblər. 

Almaniyanın "Rayn Metal" silah şirkəti Ərəbistana silah satışını artırmaqla 47% daha artıq gəlir əldə edib. Bu da Almaniya birjasında sərmayə sahiblərinin diqqətini cəlb edib. Ərəbistana silah satışı ilə müxalif olanlar Almaniya hökumətinin Yəməndə sivil əhalinin qırğın edilməsinə görə məsuliyyət daşıdığını bildirirlər.