Suriyanın Həma vilayətində İsrailin bir neçə təhlükəsizlk zabiti həbs olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341567-suriyanın_həma_vilayətində_İsrailin_bir_neçə_təhlükəsizlk_zabiti_həbs_olundu
Suriya ordusu Həma vilayətinin şimalında Kəfərnəbudə şəhərində xarici ölkələrin kəşfiyyat xidmətlərinin 30 zabitnin həbs olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2019 16:18 Asia/Baku
  • Suriyanın Həma vilayətində İsrailin bir neçə təhlükəsizlk zabiti həbs olundu
    Suriyanın Həma vilayətində İsrailin bir neçə təhlükəsizlk zabiti həbs olundu

Suriya ordusu Həma vilayətinin şimalında Kəfərnəbudə şəhərində xarici ölkələrin kəşfiyyat xidmətlərinin 30 zabitnin həbs olunmasından xəbər verib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Kəfər Nəbudə şəhərinin Suriya ordusu tərəfindən mühasirəyə alınmasından sonra xarici terrorçular Suriya ordusunun şəhərə nəzarəti ələ keçirməsinə mane olmaq istəsələr də, ordu qüvvələri terrorçuların hücumunu önləməyi bacarıblar. 

Bu məlumata görə, Qərb dövlətləri yenidən Suriy aordusunun kimyəvi silahdan istifadə etməsinə dair saxta ssenari hazırlamağa və bu ssenari əssında terrorçuların ixtiyarında olan məlumatların Suriya ordusunun əlinə keçməsinə mane olmağa çalışırlar. 

May ayının əvvəllərindən etibarən Suriya ordusu İdlib vilayətində və Həma şəhərinin ətrafında terrorçulara qarşı hərbi əməliyyatlara başlayıb.