May 31, 2019 10:08 Asia/Baku
  • Ciddə iclasında

İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Ciddə iclasında iştirak edənlər Fələstinlə bağlı "Əsrin anlaşması" planını qınayaraq, Ərəbistanın İran əleyhinə səsləndirdiyi ittihamları dəstəkləməkdən imtina ediblər.

Ərəbistanın xarici işlər naziri İbrahim Əl-Əsaf cümə axşamı Ciddə iclasında İran İslam Respublikasının digər ölkələrin daxili işlərinə müdaxilə etməsiə dair əsassız ittihamlar səsləndirdi. Amma, iclas iştirakçıları bu ittihamları ciddi qəbul etmədilər. 

İran İslam Respublikasının Ciddə iclasındakı nümayəndə heyəti öz çıxışlarını müxtəlif məsələlərə o cümlədən Fələstin məsələsinə yönəldərək, müstəqil ölkəyə malik olmağı Fələstinlilərin haqqı adlandırdı. 

İclas iştirakçıları həmçinin, Fələstinlə bağlı "Əsrin anlaşması" planını da qətiyyətlə rədd etdilər. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik Baş İdarəsinin müdiri Rza Nəcəfi Ciddə iclasında Ərəbistanın xarici işlər naziri tərəfindən İran əleyhinə səsləndirilən ittihamlara cavab olaraq dedi: İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının qurucularından biri olaraq Ciddə iclasının İslam Ümməti arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyinə ümidvardır. 

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 14-cü sammiti 57 üzv ölkənin iştirakı ilə cümə günü Məkkədə keçiriləcək. 

Teqlər