Seyid Həsən Nəsrullahın Qüds günü bəyanatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341666-seyid_həsən_nəsrullahın_qüds_günü_bəyanatı
Livan Hizbullahının baş katibi düşmənlərin Qüds günü yürüşlərinin unudulması və ya əhəmiyyətsiz göstərilməsinə dair səylərinin nəticəsiz olduğunu dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2019 07:32 Asia/Baku
  • Seyid Həsən Nəsrullahın Qüds günü bəyanatı
    Seyid Həsən Nəsrullahın Qüds günü bəyanatı

Livan Hizbullahının baş katibi düşmənlərin Qüds günü yürüşlərinin unudulması və ya əhəmiyyətsiz göstərilməsinə dair səylərinin nəticəsiz olduğunu dedi.

İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah cümə günü Qüds günü münasibətilə Beyrutda etdiyi çıxışında dedi: Bu gün İmam Xomeyni(rə) tərəfindən Qüds gününün elan olunmasından 40 il ötür və bu müddət ərzində düşmənlər ümid edirdilər ki, bu gün unudulacaq və yaddan çıxacaq. Amma, hər il Qüds gününə olan diqqət daha da artdı. 

Livan Hizbullahının baş katibi həmçinin dedi: müqavimət bu gün hər zaman olduğundan daha güclüdür. Halbuki, sionist rejim bu gün hər zaman olduğundan daha zəifdir və elə buna görə də birbaşa olaraq ABŞ-ın himayəsinə ehtiyaclıdır.

Seyid Həsən Nəsrullah sonra dedi: İran böyük bir regional güc və müqavimət cəbhəsinin başlıca dayağı olaraq İraq, Suriya, Livan və Fələstində müqaviməti himayə edir və onun mövqeyi aydın və qətidir. Buna görə də onlar İrana qarşı sanksiyalar tətbiq edir, bu yolla müqavimət cəbhəsini hədəf almaq istəyirlər. Amma, buna nail ola bilməyəcəklər. 

Seyid Həsən Nəsrullah daha sonra ABŞ-ın Əsrin anlaşması planının baş tutmayacağına təkid edərək, dedi: Bu layihədə məqsəd Qüds, Qəzzə zolağı və fələstinli didərginlərə dair bütün məsələləri birdəfəlik olaraq bağlamaqdır. 

Livan Hizbullahının baş katibi daha sonra özünü müdafiə etmək üçün silaha malik olmağı qanuni haqq adlandırdı və dedi: Amerikalıların bu xüsusda dedikləri qəbul edilməzdir. 

Seyid Həsən Nəsrullah çıxışının davamında dedi: İranın Fars Körfəzi ölkələri ilə yaxşı əlaqələrə malik olması ABŞ prezidenti DOnald Trampın xeyrinə deyil. Onun xeyri region ölkələrini İran ilə qorxutmaqdır. Buna görə də İran ilə iqtisadiyyat savaşını başlıca prioritet qərar verib. 

Livan Hizbullahının baş katibi ddi: Müharibə baş verərsə, hər bir barel neftin qiyməti 200-400 dollara yüksələcək. Nəticədə Tramp seçkiləri uduzacaq. 

Seyid Həsən Nəsrullah həmçinin  Ərəbistanın Yəmənə qarşı müharibəsinin sonda məğlubiyyət ilə nəticəlnəcəyini deyərək, əlavə etdi: Ərəbistan bu savaşda güclü olan tərəf deyil. Ərəbistan zəif tərəfdir və öz varlığını qorumaq üçün QƏrbə, Amerikaya arxalanır. 

Livan H izbullahının baş katibi daha sonra Suriy aolaylarına işarə edərək, dedi: Suriya onun üçün planlaşdırılmış fitnələrdən keçərək, müqavimət oxu ətrafında öz gücü və qəüdrətini qorumağı bacarıb. 

Seyid Həsən Nəsrullah eyni zamanda ABŞ-ın İraqa nəzarəti ələ keçirmək üzrə səylərinin nəticəsiz olduğunu dedi.