İƏT-in Məkkə sammiti texniki problemlərə görə yarımçıq qaldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341667-İƏt_in_məkkə_sammiti_texniki_problemlərə_görə_yarımçıq_qaldı
Mikrofonun xarab olması İslam Əməkdaşlıq Təşkilatının Məkkə sammitinin yarımçıq qalmasına səbəb oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2019 07:38 Asia/Baku
  • İƏT-in Məkkə sammiti texniki problemlərə görə yarımçıq qaldı
    İƏT-in Məkkə sammiti texniki problemlərə görə yarımçıq qaldı

Mikrofonun xarab olması İslam Əməkdaşlıq Təşkilatının Məkkə sammitinin yarımçıq qalmasına səbəb oldu.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 14-cü sammitində mikrofonların işləməməsinə görə bəzi ölkə başçıları çıxış edə bilməyiblər. Texniki işçilərin yaranmış problemin aradan qaldırılması üzrə 20 dəqiqə davam edən səyləri nəticəsiz olub və sonda iclasın dayandırıldığı elan edilib. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Üsəyməyn mətbuat konfransında yaranmış vəziyyəti tənqid etdi. Bəzi ölkə başçıları da üzləşdikləri vəziyyəti kəskin formada tənqid etdilər. 

Ərəbistan kralı İƏT-in 14-cü sammitinin açılış mərasimində bir daha İran əleyhinə əsassız iddialar irəli sürüb. Salman bin Əbdüləziz Ali Səud şənbə günü səhər etdiyi çıxışda sionist rejimin Fələstinlilərə qarşı cinayətlərinə işarə etmədən, Məkkə iclasının regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etdiyini dedi.