İyun 01, 2019 17:29 Asia/Baku
  • Mahmud Abbas: Qüdsü satmağa hazır deyilik
    Mahmud Abbas: Qüdsü satmağa hazır deyilik

Fələstin özünüidarə hökumətinin başçısı ABŞ-ın işğalçı sionist rejimi himayə etməsinə işarə edərək, dedi: Qüdsü satmayacağıq. Fələstin xalqı sadəcə Allah qarşısında baş əyir.

Mahmud Abbas bu gün şənbə Məkkədə keçirilən 14-cü İslam Əməkdaşlıq Təşkilatı sammitində dedi: Fələstinlilər öz hüquqlarından vaz keçməyəcəklər. Fələstin xalqı öz torpaqlarında qalacaqlar və öz milli maraqlarına nail olacaqları zamana kimi mübarizə aparacaqlar. 

Fələstin özünüidarə təşkilatının başçısı ABŞ-ın sionist rejimi dəstəkləməsinə işarə edərək, dedi: Amerika sülh prosesinin üsul və prinsiplərini pozdu. Beynəlxalq qanunlardan kənar addımlar atdı. Bu addımlar Fələstin xalqı və beynəlxalq ictimaiyyət tərəfindən qəbuledilməzdir. 

Mahmud Abbas sionist rejimin Fələstin özünüidarə hökumətinin mal varlığını qanunsuz olaraq dondurmasına işarə edərək, hazırkı çətin şəraitdə maliyyə təhlükəsizliyi şəbəkəsi planının işə salınmasını istədi. 

Teqlər