Yəmən ordusu səud muzdurlarına ağır zərbə endirib
Yəmən ordusu və xalq komitələrinin Ərəbistanın sərhəd məntəqələrindəki hərbi əməliyyatında onlarla səud muzduru ölüb, yaralanıb və əsir alınıbdır.
Yəmən ordusu və xalq komitələri üç istiqamətdən keçirdikləri geniş əməliyyatda Nəcran istiqamətində səud muzdurlarının 20-dən çox bazasını ələ keçiriblər.
Yəmənin hərbi sözçüsü deyib ki, bu əməliyyatda onlarla səud muzduru ölüb, yaralanıb və bir qrup muzdur da əsir alınıbdır.
Müsahibə(kişi): Yəmən qüvvələri 22-yə yaxın səud bazasını təmizləyiblər. Onlarla səud hərbçisi və muzduru ölüb və yaralanıbdır. Bu da yəmənli qüvvələrin hərbi müvazinət yaratmaq və müxtəlif cəbhələrdə təzyiqləri azaltmaq üzrə qüdrətli əməliyyatından xəbər verir.
Yəmən ordusu və xalq komitələrinin Ərəbistanın sərhəd məntəqələrindəki hərbi əməliyyatı olduqca dağıdıcı olubdur. Bu əməliyyatda düşmənin 20-dən çox zirehli avtomobili və modern təchizatı məhv edilib. Səud qırıcılarının 75 dəfədən çox bombardmanı yəmənli qüvvələri irəliləyişdən saxlaya bilməyib. Belə görünür ki, bu, yəmənli qüvvələrin geniş əməliyyatının başlanğıcı ola bilər.
Müsahibə(kişi): Yəmən ordusu və xalq komitələri sərhəd məntəqələrində səud ordusu və onun muzdurları ilə savaşda yeni strategiya yeridirlər. Yəmənli qüvvələr hazırda etaplarla müdafiədən hücuma üz tutublar. Nəcranda səudiyyənin hərbi bazalarına hücum, təcavüzkarların ağır hərbi məğlubiyyətindən söz açır.
Yəmən ordusu və xalq komitələrinin sərhəd məntəqələrində səud ordusu və onun muzdurlarının mövqelərinə qarşı xüsusi əməliyyat üzərində təmərküzləşməsi ərəb başçılarının Yəmən xalqını pisləmək üzrə iclaslarına qətiyyətli bir cavab idi. Həmçinin bu əməliyyat Yəmən müdafiə nazirinin yəmənli qüvvələrin müharibəni birdəfəlik etmək üzrə əzmkarlıqları və hərbi strategiyanın irəliləməsi haqdakı təhdidinin ciddi olduğunu göstərir.