Səud muzdurları Əlhudəydə yaşayış massivinə artilleriya hücumu ediblər
Livanın Əlməyadin telekanalı təcavüzkar səud koalisiyası muzdurlarının Yəmənin Əlhudəydə əyalətinin Əlhali rayonundakı bir yaşayış massivinə qarşı artilleriya hücumundan xəbər verib.
Bu artilleriya hücumunda üç yəmənli mülki, o sıradan bir uşaq ölüb, üç sivil də yaralanıbdır.
Belə bir halda, Ədəndə keçirilən bir toplantıda bomba partlayışı nəticəsində bir nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.
Yəmənin Əlməsirə telekanalı da xəbər veribdir ki, Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri Əlhudəydə əyalətində təcavüzkar səud koalisiyasının Amerika istehsalı olan bir ədəd pilotsuzunu məhv ediblər.
Bundan öncə də Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri Ərəbistanın Nəcran şəhərində yerləşən Əlsədis bazasının yaxınlığında bir səud casusluq pilotsuzunu vurmuşdular.