Ənsarullah təcavüzkarlara: Hələ bütün bacarığımızdan istifadə etməmişik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342188-Ənsarullah_təcavüzkarlara_hələ_bütün_bacarığımızdan_istifadə_etməmişik
Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü bildirib ki, Yəmən savaşında öz hesablamalarını yenidən nəzərdən keçirmələri üçün ərəbistan ilə əmirliklərin hələ fürsətləri vardır. O, əlavə edib: Yəmənin ordusu və xalq komitələri qüvvələri bu savaşda özlərinin bütün bacarıqlarından istifadə etməyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2019 06:45 Asia/Baku
  • Hələ bütün bacarığımızdan istifadə etməmişik
    Hələ bütün bacarığımızdan istifadə etməmişik

Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü bildirib ki, Yəmən savaşında öz hesablamalarını yenidən nəzərdən keçirmələri üçün ərəbistan ilə əmirliklərin hələ fürsətləri vardır. O, əlavə edib: Yəmənin ordusu və xalq komitələri qüvvələri bu savaşda özlərinin bütün bacarıqlarından istifadə etməyiblər.

Muhəmməd Əlbəxiti dünən gecə Əlməyadin telekanalı ilə müsahibədə deyib: Ənsarullah hərəkatı indiyədək ərəbistan və əmirliklərin ərazilərinin içərilərini hədəfə almaq üçün özünün bütün aviasiya və raket qüdrətindən istifadə etməyib, lakin yaxın gələcəkdə bu qüdrətdən geniş şəkildə istifadə edəcək və daha həssas obyektləri hədəfə alacaqdır.

Əlbəxiti bildirib ki, güc parametrində dəyişiklik Yəmən xalqının xeyrinədir. O, deyib: Təcavüzkar səud koalisiyası Yəmən xalqını hədəfə alır, amma Yəmən xalqı bəzi ixtilaflara rəğmən, eyni zamanda 17 ölkə ilə mübarizə apara bilibdir.