Yəmənin ərəbistana qarşı hava hücumları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342202-yəmənin_ərəbistana_qarşı_hava_hücumları
Yəmən hava qüvvələrinin məsul şəxslərinin sözlərinə görə, yəmənli pilotsuzlar ərəbistanın Cizan hava limanını bir neçə etapda hücuma məruz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2019 17:17 Asia/Baku
  • Yəmənin ərəbistana qarşı hava hücumları
    Yəmənin ərəbistana qarşı hava hücumları

Yəmən hava qüvvələrinin məsul şəxslərinin sözlərinə görə, yəmənli pilotsuzlar ərəbistanın Cizan hava limanını bir neçə etapda hücuma məruz qoyublar.

Yəmənin ərəbistan ərazisinə qarşı pilotsuz hücumlarının yeni mərhələsi. Yəmən ordusunun “Qasif-2” pilotsuzları bu dəfə ərəbistanın Cizan hava limanını bir neçə etapda hücuma məruz qoyublar.

Yəmən hava qüvvələrinin məsul şəxslərinin sözlərinə görə, bu əməliyyatda səud rejiminin Yəmənə hücum üçün istifadə etdiyi pilotsuzların yuvasına hücum edilibdir. Eyni zamanda Yəmən ordusunun, “Cəbəl Əlnar”da yerləşən səud hədəflərinə qarşı hücumlarında azı beş səud hərbçisi və muzduru öldürülüb və Cil-Qeys məntəqələrinin bəzi hissələri Yəmən döyüşçülərinin əllərinə keçibdir.

Ondan sonra Yəmən milli qurtuluş hökumətinin müdafiə naziri general-mayor Muhəmməd Əlatifi mediaların “səud rejiminin təhqir olunması” adlandırdıqları bir hərəkətdə ərəbistan ərazisinə daxil olaraq, Nəcran sərhəd məntəqəsinə baş çəkibdir.

Müsahibə: Mübarək fitir bayramı münasibətilə bu məntəqədə yerləşən Yəmən ordusu və xalq komitələri qüvvələrinə baş çəkdik. Yəmən döyüşçülərinin əhval-ruhiyyələri olduqca yüksəkdir. Biz burada mənim arxamda yerləşən Nəcran şəhərinə tam yiyəlikik. Döyüşçülərimiz Nəjran şəhərinə çox yaxındırlar.

Müsahibə: Yəmən ordusu səud ordusuna ciddi mesajlar göndərmək gücünə malikdir və bu işi Yəmən ordusu və xalq komitələri qüvvələri tərəfindən əməliyyatın keçirilməsilə həyata keçirəcəkdir.

Hiccədə səud ordusu və muzdurlarının üç diviziyasının üç istiqamətdə Midi səhrasına doğru geniş irəliləyişi də Yəmən ordusu və xalq komitələri qüvvələri tərəfindən darmadağın və düşmənin onlarla tankı və transportyoru məhv edildi. Bir qrup muzdur da öldürüldü.

Müsahibə: Səudların Yəmənin müxtəlif əyalətlərinə və günahsız xalqına qarşı hücumları, xüsusən onların hava hücumları hər zaman dayanarsa, biz də ərəbistan ərazisinə qarşı hücumlarımızı dayandıracağıq.

Müsahibə: Biz Amerika, sionist rejim, ali-səud və onların tabeliyində olan muzdurlarla qarşılaşmağa özümüzün tam hazırlığımızı elan edirik və Allahdan başqa heç kəsdən qorxmuruq.

Belə bir halda, Nyu-York Tayms qəzeti ifşa edərək bildiribdir ki, bu ölkənin prezidenti ərəbistana və əmirliklərə son dərəcə dəqiq bombalar, anti-tank sistemi və avtomat silah satmaq və ərəbistanın F-15 qırıcılarının saxlanılması xidmətlərinin təqdim olunması ilə razılaşıbdır.