Sionist hərbçilər Fələstin təhlükəsizlik qüvvələrinin qərargahına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342266-sionist_hərbçilər_fələstin_təhlükəsizlik_qüvvələrinin_qərargahına_hücum_ediblər
Sionist hərbçilər Fələstin muxtariyyətinin İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində yerləşən təhlükəsizlik qüvvələrinin qərargahına hücum edərək, bir fələstinli təhlükəsizlik qüvvəsini yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2019 11:23 Asia/Baku
  • Sionist hərbçilər Fələstin təhlükəsizlik qüvvələrinin qərargahına hücum ediblər
    Sionist hərbçilər Fələstin təhlükəsizlik qüvvələrinin qərargahına hücum ediblər

Sionist hərbçilər Fələstin muxtariyyətinin İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində yerləşən təhlükəsizlik qüvvələrinin qərargahına hücum edərək, bir fələstinli təhlükəsizlik qüvvəsini yaralayıblar.

Nablusun icra hakimi İbrahim Ramazan deyib: Sionist hərbçilər bazar ertəsi günü gecə Fələstin muxtariyyətinin Nablusda yerləşən təhlükəsizlik qüvvələrinin qərargahına hücum ediblər.

Nablusun icra hakiminin sözlərinə görə, bir qrup sionist hərbçi bu gün səhər tezdən də Fələstin muxtariyyətinin təhlükəsizlik qüvvələrinin binasını mühasirə edərək, üç tərəfdən bu mərkəzə hücum edibdir.

İordan çayının qərb sahilindəki işğal olunmuş şəhər və kəndlər dəfələrlə sionist rejim hərbçilərinin və sionist qəsəbə sakinlərinin zorakı hərəkətləri və hücumlarına məruz qalıblar.