Qəzzədə “əsrin sövdələşməsi”nə dəstək verən hökmranların şəkilləri yandırılıb
-
Qəzzədə “əsrin sövdələşməsi”nə dəstək verən hökmranların şəkilləri yandırılıb
Qəzzə zolağında bir qrup fələstinli gənc və mücahid “əsrin sövdələşməsi”nə və sionist rejimlə əlaqələrin adiləşməsinə dəstək verən kralların şəkillərini yandırıbdır.
Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhədlərində keçirilən bir qrup fələstinli gənc və mücahidin etiraz aksiyasında bəhreyn kralı Həməd bin İsa, əmirliklərin vəliəhdi Muhəmməd bin Zaid və ərəbistan kralı Muhəmməd bin Salmanın şəkilləri ABŞ prezidenti və sionist rejimin baş nazirinin şəkillərinin kənarında yandırılıbdır.
Aksiya iştirakçıları “əsrin sövdələşməsi” adlı cinayətkarcasına plana və bəhreyn konfransına qarşı şüarlar verərək, İran İslam Respublikasını himayə etdiklərini bildiriblər.
Amerikanın fələstinlilərlə sionistlər arasındakı qarşıdurmaya son qoymaq üzrə irəli sürdüyü “əsrin sövdələşməsi” planı fələstinli didərginlərin öz torpaqlarına geri dönmələrini həmişəlik olaraq aradan götürmək və onların “alternatim vətən”də, yəni digər ölkələrdə məskunlaşdırılmaları ardıncadır.