Suriya HHM qüvvələri sionist rejimin raket hücumunu cavablandırıb
İyun 12, 2019 04:02 Asia/Baku
-
Suriya HHM qüvvələri sionist rejimin raket hücumunu cavablandırıb
Suriya mediaları bu gün səhər tezdən sionist rejimin Suriyanın cənubundakı Dəra vilayətinin şimal-qərbində yerləşən "Təl-Əlharə" yüksəkliklərinə qarşı raket hücumundan xəbər veriblər.
Suriyanın rəsmi SANA xəbər agentliyi bildirib ki, bu ölkə ordusu sionist rejimin bu raket hücumunu cavablandırıbdır.
Bu məlumata görə, Suriyanın zenit raket sistemi bir neçə raketin izinə düşərək, onları məhv edibdir.
Suriya ordusu "Təl-Əlharə" yüksəkliklərini 2018-ci ilin iyulunda Cibhətunnusrə terror qrupunun ünsürlərindən təmizləyib.