Ənsarullah: Yəmənə təcavüz edənlərin hava limanları hədəfə alınacaq
Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü deyib: Yəmən hava limanlarının tətil olması davam edərsə, təcavüzkarların hava limanları da hədəfə alınacaq, tətil olacaqdır.
Əli əl-Qəhum dünən gecə əl-Məyadin telekanalı ilə müsahibədə əlavə edib: Təcavüzkarlar Yəmən savaşına son qoymalıdırlar. Əks halda, Yəmən ordusu səud koalisiyası təcavüzkarlarının mərkəzlərindən geniş hədəfləri bombardman edəcək.
Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü vurğulayıb ki, təcavüzkarlar öz hədəflərindən heç birinə nail olmayıblar, halbuki Yəməni gücü artmaqdadır. O, deyib: Bu gün Yəmən savaşı parametri dəyişibdir və düşmənlər bu mövzunu dərk etməli və bu təcavüzkarlıqlara son qoymaldırlar.
Belə bir halda, Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi bu gün səhər tezdən ərəbistanın cənubunda yerləşən “Əbha” hava limanını bir ədəd kruz raketi ilə hədəfə alıb. Nəticədə bu hava limanının fəaliyyəti dayanıbdır.