Yəmən pilotsuzlarının güc müvazinətindəki rolu
-
Yəmən pilotsuzlarının güc müvazinətindəki rolu
Yəmən pilotsuzları ərəbistana qarşı əməliyyatlarında Cizan regional hava limanlarında əmirlklərin və ərəbistanın aviasiya şirkətləri və komandanlıq mərkəzlərini hədəfə alaraq, güc müvazinətlərində yeni parametr yaradıblar.
Yəmən ordusu pilotsuzlarının ərəbistanın Cizan və Nəcran hava limanlarına qarşı hücumlarından bir neçə günün keçməsilə Yəmənin raket bölməsi Əsir-dəki Əbha məntəqəsinin hava limanını Kruz raketi ilə hədəfə alıb. Bu hücum həmin hava limanının fəaliyyətinin dayanmasına səbəb olub. Səud mənbələri bildiriblər ki, təhlükəsizlik qüvvələri Əbha hava limanını mühasirəyə alaraq, bu məkanda gediş-gəlişin qarşısını alırlar.
Ənsarullah başçıları bundan öncə xəbərdarlıq etmişdilər ki, Səna hava limanının bağlı qalacağı təqdirdə, ərəbistanın və əmirliklərin hava limanları da bağlı qalacaqdır.
Müsahibə(kişi): Səudiyyə və əmirliklərin rejimlərinə nəsihət edirik ki, Yəmən ölkəsinə və yoxsul xalqa qarşı öz hərbi təcavüzlərini dayandırsınlar. Yoxsa, gözlənilməz və böyük hadisələrin intizarında olmalıdırlar. Biz onları geri çəkilməyə məcbur edəcəyik. Allah-Taalanın köməkliyi ilə elə bir mərhələyə çatacağıq ki, hava limanı hava limanının qarşılığında, baza baza qarşılığında və paytaxt paytaxt qarşılığında hədəfə alınacaqdır.
Müsahibə(kişi): Biz Allah-Taalanın lütfkarlığı ilə və öz imkanlarımıza əsasən, səudiyyənin dərinliklərini və istədiyimiz hər bir məntəqəni və təsisatı hədəfə ala bilərik. Və əlbəttə, bizim hücumlarımız pərakəndə və ədəbsiz olmayacaq. Digər tərəfdən, Əsir-dəki “Əvab Əlhədid” məntəqəsində səud ordusu muzdurlarının mövqeləri də üç ədəd “Zəlzal-1” raketi ilə hədəfə alındı. Və Yəmən ordusunun snayperləri Əsir, Cizan və Nəcrandakı müxtəlif cəbhələrdə iki səud hərbçisi daxil olmaqla 23 muzduru hədəfə almalarından xəbər veriblər.
Müsahibə(kişi): Biz raketlərimizdən istifadə etmək və müharibəni sərhədlərin o tayına aparmaqla müharibəni onlar üçün üzücü edəcəyik. Bazalarını vuracağıq ki, nəzərdə tutduğumuz hədəflərə, yəni Yəmənə qarşı savaşı dayandırmağa nail olmuş olaq.
Həccədəki “Ahem üçbucağı” məntəqəsində yəmənli döyüşçülərin hücumunda 29 muzdur öldürülüb və ya yaralanıbdır. Və Əlhəzəvə və Əlbiyza əyalətlərində səud muzdurlarının yerləşdikləri məkan da “Zəlzal-1” raketinin hədəfinə tuş gəlib və onlardan bir qrupu ölüb və ya yaralanıbdır.