Yəmənli pilotsuzlar Əbha hava limanına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342566-yəmənli_pilotsuzlar_Əbha_hava_limanına_hücum_ediblər
Yəmənin ordu və xalq komitələrinin pilotsuz bölməsi bildirib ki, ərəbistanın cənub-qərbində yerləşən Əbha hava limanı bu qüvvələrin pilotsuz hücumu hədəfinə çevrilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2019 06:23 Asia/Baku
  • Yəmənli pilotsuzlar Əbha hava limanına hücum ediblər
    Yəmənli pilotsuzlar Əbha hava limanına hücum ediblər

Yəmənin ordu və xalq komitələrinin pilotsuz bölməsi bildirib ki, ərəbistanın cənub-qərbində yerləşən Əbha hava limanı bu qüvvələrin pilotsuz hücumu hədəfinə çevrilibdir.

Bu hücum “Qasif 2K” tipli yerli pilotsuzla həyata keçirilib.

Bu, ötən beş gündə ərəbistanın cənub-qərbində yerləşən Əsir məntəqəsindəki Əbha hava limanına qarşı dördüncü hücumdur.

Yəmənin ordu və xalq komitələri səud koalisiyasının Yəmənə qarşı hücumlarının başlanmasından bəri ərəbistanın və onun müttəfiqlərinin onlarla casusluq pilotsuzunu da məhv edibdir.

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.