Netanyahudan Trampa yaltaqlıq
-
Netanyahudan Trampa yaltaqlıq
Sionist rejimin baş naziri Donald Trampa yaltaqlıq etmək üçün Suriyanın işğal olunmuş Qolan məntəqəsində bir sionist qəsəbənin külüngünü onun adına yerə vurubdur.
ABŞ-ın işğal olunmuş Fələstindəki səfiri Devid Fridman da bu qəsəbənin inşasının başlanması mərasimində iştirak edibdir.
İşğal olunmuş Qolan yüksəklikləri Dəməşqin altmış kilometrliyində yerləşir və sionist rejim onu 1967-ci il müharibəsində qəsb edibdir. İndiyədək sionistlər üçün otuz qəsəbənin tikildiyi bu məntəqənin sahəsi 1800 kvadratmetrə çatır. Əksər hissəsi druzlar tayfasından olan Qolan məntəqəsinin minlərlə suriyalı sakini özünü işğalda olan bir xalq sayır. Onlar sionist rejim təbəəsi olmağa və bu rejimin pasportunu almağa hazır deyillər.
Maraqlı cəhət budur ki, Suriyanın işğal olunmuş Qolan məntəqəsində güclü küləyin əsməsi nəticəsində Tramp qəsəbəsinin təqdimat mərasimi və bütün tədbir proqramı pozulubdur.